Logo

Bakıda 2 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib - FOTO

03.07.2023 12:55 655 baxış
IMG

Bakı şəhəri Hövsan qəsəbəsində 13 və 14 nömrəli uşaq bağçaları istifadəyə verilib.

Tehsil.biz xəbər verir ki, bununla bağlı təşkil olunmuş tədbirlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Elm və Təhsil Nazirliyinin Məktəbəqədər təhsilin təşkili və idarəolunması sektorunun müdiri İlahə Rəsulova, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, müəllimlər və valideynlər iştirak ediblər.

Yeni istifadəyə verilən 2 uşaq bağçasında ümumilikdə 10 qrup fəaliyyət göstərir. Uşaq bağçalarında 3-6 yaşlı 200 uşağın təlim-tərbiyəsi ilə 46 nəfər işçi məşğul olur.

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Elm və Təhsil Nazirliyinin Məktəbəqədər təhsilin təşkili və idarəolunması sektorunun müdiri İlahə Rəsulova ökəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından söz açıblar. Bu baxımdan məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin genişləndirildiyi və  mövcud müəssisələrdə infrastrukturun davamlı olaraq yenilənməsi istiqamətində mühüm işlər görüldüyü diqqətə çatdırılıb.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi, məktəbəqədər təhsilə cəlb olunan uşaqların əhatə dairəsinin artırılması prioritet kimi qarşıda duran əsas istiqamətlərdəndir.

 

Xəbər lenti